Nyu-Yorkda olan məşhur müğənni və aktrisa Cennifer Lopez Tayms-Skvərdə yerləşən İsrailin Anita dondurma şəbəkəsinin məkanına baş çəkib.
Jnews.az xəbər verir ki, 57 yaşlı sənətçi ziyarət zamanı üzünün böyük hissəsini örtən iri gün eynək taxıb. O, tanınmamağa çalışsa da, məşhur sima həm obyektin əməkdaşları, həm də ziyarətçilər tərəfindən tanınıb.
Anita şəbəkəsinin rəsmi “Instagram” hesabında yayımlanan fotolarda Lopez əlində vafli konusla görüntülənib.
Müğənni dondurma məkanında əməkdaşlarla söhbət edib və işçilərdən biri ilə birlikdə selfi çəkdirməyə də razılıq verib.
Mənbə: cursorinfo.co.il
