19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail polisi məscidə qarşı vandalizm işi üzrə 8 nəfəri saxlayıb

İsrail polisi məscidə qarşı vandalizm işi üzrə 8 nəfəri saxlayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 1, 2026 5:17 axşam

İsrail polisi İordan çayının qərb sahilində yerləşən məsciddə törədilən vandalizm aktında iştirakı olduğu ehtimal edilən 8 nəfəri saxlayıb. 

Jnews.az xəbər verir ki, saxlanılan şəxslər Nablus şəhəri yaxınlığında yerləşən məscidin divarlarına ekstremist məzmunlu qrafitilər yazmaqda şübhəli bilinirlər.

Məscidin divarlarında millətçi şüarlarla yanaşı, İsrailin KAN teleradio şirkətinin ekstremizm mövzusunda reportaj hazırlayan jurnalistlərinə qarşı yönəlmiş yazılar da aşkarlanıb.

Qrafitilərdə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabiyə qarşı ifadələrə də rast gəlinib. Diplomat daha əvvəl İordan çayının qərb sahilində ekstremist mövqeli köçkünlərin zorakılığını kəskin şəkildə pisləyərək, onların əməllərini “terrorçuluq” adlandırmışdı.

Hazırda saxlanılan şəxslərlə bağlı istintaq davam edir. Polis insidentin bütün hallarını araşdırır, həmçinin onların bölgədə baş vermiş digər oxşar hüquq pozuntularında iştirakının olub-olmadığını yoxlayır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail polisi məscidə qarşı vandalizm işi üzrə 8 nəfəri saxlayıbjnews.az səsləndirməsi