İsrailin şimal rayonları üzrə “Tnufa” Direksiyası müəllimlər üçün qrant proqramına start verib. Maliyyə dəstəyi ölkənin şimal sərhədindən 9 kilometrədək məsafədə yerləşən yaşayış məntəqələrində təhsil fəaliyyətini davam etdirən müəllimlərə yönəlib.
Jnews.az xəbər verir ki, proqramın şərtlərinə əsasən, ödəniş almaq hüququ qeyd olunan ərazidə çalışan müəllimlərlə yanaşı, yaşayış yeri sərhəddən 30 kilometrədək məsafədə olan pedaqoji işçilərə də şamil olunur.
Təşəbbüsün məqsədi mövcud şəraitdə sərhədyanı bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyətinə dəstək vermək və bu ərazilərdə pedaqoji kadr təminatının qorunmasına töhfə verməkdir.
Mənbə: jpost.com
