Rusiya ordusu Ukraynanın Odessa və Kiyev şəhərlərində bir sıra enerji və hərbi obyektlərə zərbələr endirib.
Jnews.az xəbər verir ki, Odessa şəhərində istilik elektrik stansiyası və üç yarımstansiyanın zədələndiyi bildirilir.
Məlumata görə, Odessa limanında silah və hərbi texnikanın saxlanıldığı 16 obyekt, həmçinin alt yanacaq çəni vurulub. Çernomorsk limanında isə iki hərbi anbara zərbə endirildiyi qeyd olunur.
Kiyevdə isə “Flamingo” raketinin komponentlərini istehsal edən “Fire Point” müəssisəsinin, həmçinin PUA aerostatları istehsal edən “Aerobavovna” zavodunun hədəfə alındığı bildirilir.
