13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 26, 2026 12:09 axşam

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri və Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban Əliyevanın doğum günüdür.

Jnews.az xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. Bu gün onun 62 yaşı tamam olur.

Mehriban Əliyeva 1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Daha sonra Moskvada göz xəstəlikləri sahəsində təhsil və əmək fəaliyyətini davam etdirib.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edən Mehriban Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan – İrs” jurnalını yaradıb. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun fəaliyyəti çərçivəsində Azərbaycanda və ölkə hüdudlarından kənarda təhsil, mədəniyyət, incəsənət, səhiyyə və humanitar sahələrdə müxtəlif layihələr həyata keçirilib.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatının və milli musiqi irsinin qorunması və inkişafı sahəsindəki xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva 2022-ci ilin noyabrında UNESCO-nun Baş direktoruna müraciət edərək bu vəzifədəki fəaliyyətinə xitam verilməsini istəyib. 2006-cı ilin noyabrında isə humanitar və mədəniyyətlərarası dialoq sahəsindəki fəaliyyətinə görə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

O, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, 2013-cü ildən sədr müavini, 2021-ci ildən isə partiya sədrinin birinci müavinidir. Mehriban Əliyeva 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.

Azərbaycan Prezidentinin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub.

Mehriban Əliyeva ictimai, humanitar, mədəniyyət və idman sahələrindəki fəaliyyətinə görə Azərbaycan və bir sıra xarici dövlətlərin yüksək orden və mükafatlarına layiq görülüb. O, həmçinin Rusiya Federasiyasının İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru və Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.

Jnews.az – Azərbaycan Yəhudi Mediası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi fəaliyyətində yeni uğurlar arzulayır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdürjnews.az səsləndirməsi