8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Tanınmış azərbaycanlı müğənni Nazim Pişyari (“Faytonçu Nazim”) Fariz Aşurovun “Po duşam” (“Səmimi söhbət”) verilişinin qonağı olub.

Nazim Pişyari: Azərbaycanlılarla yəhudiləri əsrlərin dostluğu birləşdirir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Müsahibə
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 21, 2026 2:38 axşam

Tanınmış azərbaycanlı müğənni Nazim Pişyari (“Faytonçu Nazim”) Fariz Aşurovun “Po duşam” (“Səmimi söhbət”) verilişinin qonağı olub.

Müğənni müsahibəsində “Faytonçu” təxəllüsünün necə yaranmasından, Azərbaycan musiqisinin keçmişindən, Bakının çoxmillətli mühitindən, İsraildəki çıxışlarından, Azərbaycan və yəhudi xalqları arasındakı dostluq münasibətlərindən, eləcə də yeni “Latinos” musiqi layihəsindən danışıb.

Nazim Pişyari bildirib ki, “Faytonçu” adı ona 1999-cu ildə Rafael Dadaşovun sözlərini yazdığı və ifa etdiyi eyniadlı mahnıdan sonra tamaşaçılar tərəfindən verilib.

“Faytonçu” mənim vizit kartım, bir növ pasportum oldu”, – deyə müğənni bildirib.

O, Bakının keçmişdəki çoxmillətli mühitindən danışarkən müxtəlif xalqların nümayəndələrinin eyni həyətlərdə yaşadığını, bayramları birlikdə qeyd etdiyini və bir süfrə arxasında toplandığını vurğulayıb:

“Bu, sadəcə birgə yaşamaq deyildi. Bu, dostluq və qarşılıqlı hörmət idi”.

Müğənni Azərbaycan cəmiyyətində multikulturalizmin qorunmasının vacibliyini də qeyd edib:

“Multikulturalizm çox həssas və qiymətli bir sərvətdir. Bizim vəzifəmiz əcdadlarımızın əsrlər ərzində yaratdığı bu dəyəri qorumaq və gələcək nəsillərə ötürməkdir.”

İsraildəki fəaliyyəti barədə danışan Nazim Pişyari bu ölkədə dəfələrlə konsert verdiyini və orada çoxlu dostlarının olduğunu bildirib. O, İsraildə yaşayan azərbaycanlılara və yəhudi dostlarına salam göndərərək, Azərbaycan və yəhudi xalqları arasında dostluğun qədim köklərə malik olduğunu deyib.

Yeni “Latinos” layihəsinə toxunan müğənni isə bu musiqinin yalnız bir janr olmadığını bildirib:

“Latino sadəcə musiqi janrı deyil, əhval-ruhiyyədir”.

Nazim Pişyari həmçinin Azərbaycan mahnılarının latın üslubunda yenidən aranjeman edildiyini və “Latinos” qrupunun repertuarında altı dildə mahnıların yer aldığını açıqlayıb.

Müğənninin sözlərinə görə, “Latinos”un əsas məqsədlərindən biri Azərbaycan auditoriyasına fərqli, r ngarəng vəenerjili musiqi atmosferi təqdim etməkdir.

Qeyd edək ki, rus dilində müsahibənin orjinalını videodan izləyə bilərsiniz.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Nazim Pişyari: Azərbaycanlılarla yəhudiləri əsrlərin dostluğu birləşdirirjnews.az səsləndirməsi