İranın Həmədan şəhərində yerləşən tarixi Ester və Mordexay türbəsində yəhudi nəzarətçi Nejad Rassada qarşı antisemit ifadələrin səsləndirildiyi video yayılıb.
Hadisədə iştirak edən şəxsin Özbəkistan vətəndaşı Bəxtəvər Qazakov olduğu bildirilir. Sözügedən videoda Qazakov Rassada qarşı təhqiramiz və antisemit fikirlər səsləndirir, həmçinin Özbəkistanda daha əvvəl bir yəhudini döydüyünü iddia edir.
Görüntülərin yayılmasından sonra hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Qazakov daha sonra videonu sildiyini və baş verənlərə görə üzr istədiyini bildirib.
Ester və Mordexay türbəsi İranın yəhudi icması üçün mühüm dini-tarixi məkanlardan biridir. Hadisə ölkədə yəhudi icmasının və dini abidələrin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mənbə: jpost.com
