Yenilənib: Avqust 18, 2026 5:47 axşam
Filadelfiya polisi Veytsman adına Milli Amerika Yəhudiləri Tarixi Muzeyinin yaxınlığında baş vermiş vandalizm faktı üzrə araşdırmaya başlayıb. Hadisə avqustun 13-də saat 21:11 radələrində Smitson İnstitutu ilə əlaqəli müəssisənin ərazisində baş verib.
Polis departamentinin nümayəndəsinin bildirdiyinə görə, şəxsiyyəti məlum olmayan kişi “OY/YO” heykəlinin üzərinə təhqiramiz yazı yazaraq onu korlayıb. Müşahidə kameraları cinayətkarın installyasiyaya yaxınlaşdığını, təxminən beş dəqiqə sonra isə metro stansiyasına tərəf yönələrək qatara əyləşdiyini qeydə alıb.
Hazırda heç kim həbs edilməyib. Detektivlər baş vermiş hadisənin bütün təfərrüatlarını, o cümlədən insidentin nifrət zəminində törədilmiş cinayət kimi tövsif olunması imkanını araşdırırlar.
Xatırladaq ki, təxminən bir il əvvəl həmin muzey artıq vandalların hücumuna məruz qalmışdı. Belə ki, həmin vaxt onlar binanın fasadını, meydanı və İsrail bayrağını boyamışdılar.
Mənbə: jns.org
