İsrail Müdafiə Qüvvələri (SAXAL) 1982-ci ildə Livandakı döyüşlər zamanı itkin düşən mayor Yehuda Katsa məxsus ola biləcək şəxsi əşyaların tapıldığını təsdiqləyib.
Mayor Yehuda Kats 11 iyun 1982-ci ildə Sultan Yaqub döyüşündən sonra itkin düşən üç İsrail hərbçisindən biridir. Digər iki hərbçinin – çavuş Zahari Baumel və çavuş Tsvi Feldmanın nəşləri müvafiq olaraq 2019 və 2025-ci illərdə İsrailə qaytarılıb.
İsrail daha iki itkin düşmüş hərbçinin axtarışlarını davam etdirir. Onlardan biri 16 oktyabr 1986-cı ildə Livan üzərində təyyarəsi zədələndikdən sonra katapult edən və bundan sonra itkin düşən podpolkovnik Ron Araddır.
Digər hərbçi isə 17 avqust 1997-ci ildə Qolan təpələrində yerləşən hərbi bazasından yoxa çıxan çavuş Qay Heverdir.
Mənbə: jns.org
