5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
BƏYƏNAT: Mətbuat Şurası Rusiya mediasındakı təhqiramiz yazıları pisləyib

BƏYANAT: Mətbuat Şurası Rusiya mediasındakı təhqiramiz yazıları pisləyib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Mətbuat Şurası bir sıra Rusiya KİV-lərində Azərbaycanın dövlət rəhbərliyi və tanınmış ictimai xadimləri ilə bağlı təhqiramiz, təhdid xarakterli fikirlərin yayıldığını bildirərək, bu halları qətiyyətlə pisləyib.

Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub ki, bu cür materiallar jurnalist etikası prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkənin media qurumları arasındakı əlaqələrin ruhuna uyğun deyil.

Şura vurğulayıb ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas yanaşıb, peşəkar prinsiplərə zidd fikir və iddialara yer verməyib.

“Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır”, – bəyanatda bildirilib.

Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə və bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən isə iki xalq arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbirlər görülməsinə çağırıb.

Bəyanatda Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlərin və təhdid xarakterli iddiaların yolverilməz olduğu bir daha vurğulanıb.

“Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması qonşu ölkənin dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.
Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”, – bəyanatda qeyd olunub.

Şura həmçinin bildirib ki, Azərbaycan mediası Rusiyada baş verən hadisələri işıqlandırarkən peşəkar jurnalistika standartlarına riayət edir və iki ölkə arasında media əlaqələrinin qorunmasına xüsusi önəm verir.

Mətbuat Şurası Rusiya media ictimaiyyətini və cəmiyyəti bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlər görməyə çağırıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
BƏYANAT: Mətbuat Şurası Rusiya mediasındakı təhqiramiz yazıları pisləyibjnews.az səsləndirməsi