Azərbaycan Prezidenti İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” hesabında bildirib.
“Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunluq duyuram. Bu, Ukrayna ilə Azərbaycan arasında güclü tərəfdaşlığın, həmrəyliyin, dostluğun və Azərbaycanın İrpinə göstərdiyi davamlı dəstəyin qiymətləndirilməsidir”, – deyə səfir qeyd edib.
Yuri Husyev Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Mənbə: Jnews.az
