İsrailin İordan vadisində quşların elektrik cərəyanından kütləvi şəkildə tələf olması qeydə alınıb.
İsrail Təbiətin Mühafizəsi Cəmiyyətinin quş müşahidəçisi Yotam Başan avqustun 16-da elektrik xətlərinin yaxınlığında 30-a yaxın ölü leylək aşkar edib.
Başanın sözlərinə görə, leyləklər ərazidəki elektrik xətlərinin dayaqlarından qonmaq və dincəlmək üçün istifadə edirlər. Lakin elektrik komponentlərinin açıq və qorunmamış olduğu dayaqlar quşlar üçün ciddi təhlükə yaradır.
Müşahidəçinin bildirdiyinə görə, quşlar dayaqların elektriklə qorunmayan hissələrinə toxunduqda güclü elektrik cərəyanına məruz qalır və nəticədə tələf olurlar.
Hadisə elektrik xətlərinin və onların dayaqlarının quşların təhlükəsizliyi baxımından qoruyucu tədbirlərlə təmin edilməsinin vacibliyini bir daha gündəmə gətirib.
Mənbə: jpost.com
