Türkiyə Ukraynaya ABŞ istehsalı olan 70 ədəd M39 ATACMS balistik raketi və 12 ədəd M270 yaylım atəşli raket sistemi (YARS) çatdırıb. Bu barədə kütləvi informasiya vasitələri öz mənbələrinə istinadən xəbər verir.
Mövcud məlumatlara görə, tədarük paketinə uzaqmənzilli raketlər və HIMARS qurğularının tırtıllı versiyası olan M270 sistemləri daxil edilib. Hazırda hər iki ölkənin rəsmi müdafiə qurumları bu silahların təhvil verilməsi barədə məlumatı şərh etməyib və təsdiqləməyib.
Mənbə: oxu.az