18 Tammuz 5786 3 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Podkastlar Mədəniyyət Xəbərlər
Təl-Əvivdə Çin mafiyasına qarşı əməliyyat: Gizli kazinolar bağlandı

Təl-Əvivdə Çin mafiyasına qarşı əməliyyat: Gizli kazinolar bağlandı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail hüquq-mühafizə orqanları ölkədə fəaliyyət göstərən, Çin vətəndaşlarına məxsus olduğu bildirilən mütəşəkkil cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyatlar keçirib.

Son bir həftə ərzində Təl-Əvivdə keçirilən iki əməliyyat nəticəsində qanunsuz fəaliyyət göstərən iki gizli kazino aşkar edilərək zərərsizləşdirilib. Polis tərəfindən həyata keçirilən reydlər zamanı külli miqdarda nağd pul və silah götürülüb.

Əməliyyatların təfərrüatı

İlk reyd Təl-Əvivin cənub-şərqində yerləşən mənzillərdən birində keçirilib. Hadisə yerindən qumar oyunları üçün istifadə olunan avadanlıqlar və on minlərlə şekel məbləğində nağd pul müsadirə edilib. Əməliyyat zamanı üç Çin vətəndaşı saxlanılıb. Onlardan ikisinin ölkədə qanunsuz yaşadığı müəyyən edilib.

İkinci və daha genişmiqyaslı əməliyyat isə Təl-Əvivin cənubunda yerləşən mənzillərdən birində fəaliyyət göstərən kazinoya qarşı keçirilib. Burada 1 milyon şekeldən çox nağd pul, həmçinin darağı doldurulmuş “Glock” markalı tapança aşkar edilərək götürülüb. İstintaqın ilkin qənaətinə görə, silah kazinonu mümkün silahlı basqınlardan qorumaq məqsədilə saxlanılırmış. Bu reyd zamanı səkkiz Çin vətəndaşı saxlanılıb. Onlardan altısının ölkədə qanunsuz yaşadığı müəyyən edilib.

Qapalı cinayətkar şəbəkə

İstintaqın ilkin məlumatlarına görə, qruplaşma İsraildə uzun illər çalışan, lakin vizalarının müddəti başa çatdıqdan sonra cinayətkar fəaliyyətə qoşulan şəxslər tərəfindən idarə olunub. İvrit dilini mükəmməl bilən şəbəkə üzvlərinin qapalı şəkildə fəaliyyət göstərdiyi və rəqəmsal iz buraxmamaq üçün messencerlərdən demək olar ki, istifadə etmədiyi bildirilir.

Qorxunc biznes modeli

Qruplaşmanın əsas gəlir mənbələri qanunsuz qumar fəaliyyəti, qumar borclarının zorla yığılması və yüksək faizlə verilən qeyri-rəsmi kreditlərdir. Mafiya üzvləri maddi çətinlik və ya ailələrinə Çinə pul köçürməkdə problem yaşayan həmvətənlərinə yüksək faizlə borc verirlərmiş. Borclar vaxtında ödənilmədikdə isə borcluları hədələyir, onlara qarşı fiziki zorakılıq tətbiq edir, onları oğurlayır və hətta Çində yaşayan ailə üzvlərinə təzyiq göstəriblər.

Hazırda deportasiya prosedurlarına başlanılan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Təl-Əvivdə Çin mafiyasına qarşı əməliyyat: Gizli kazinolar bağlandıjnews.az səsləndirməsi