İsrail Donald Trampın komandası tərəfindən təklif edilən Qəzza zolağı üzrə planın növbəti mərhələsinə keçidi dayandırıb. Nazirlər təklif olunan 14 günlük hazırlıq dövrünə etiraz etdikləri üçün Qüds ABŞ tərəfindən dəstəklənən yol xəritəsinə hələlik rəsmi razılıq verməyib.
Bununla yanaşı, İsrail tərəfi HƏMAS-ın həqiqətən tərksilah olunacağına dair zəmanətlərin verilməsini tələb edir.
ŞABAK təhlükəsizlik xidməti HƏMAS-ın İsrail qüvvələrini tələyə salmağa çalışdığı barədə xəbərdarlıq edib.
Mənbə: jpost.com
