ABŞ və İranın nümayəndələri arasında bu gün İsveçrə ərazisində keçirilməsi planlaşdırılan görüş ləğv olunub.
“Reuters” agentliyinin məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb.
Bu açıqlama, ABŞ-ın vitse-prezidenti JD Vensin Tehran və Vaşinqton arasında müharibə vəziyyətinə son qoymaq məqsədilə əldə edilən razılaşmanın icrası ilə bağlı danışıqlar aparmaq üçün cümə günü İsveçrəyə nəzərdə tutulan səfərinin təxirə salınmasından sonra verilib.