19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiya Odessaya hücum edib: Ölənlər var, yaralıların sayı 10-a çatıb

Rusiya Odessaya hücum edib: Ölənlər var, yaralıların sayı 10-a çatıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Rusiyanın Ukraynanın Odessa şəhərinə gecə saatlarında həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yaralananların sayı 10 nəfərə çatıb.

Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı iki nəfər həlak olub. Ölənlərdən birinin parkda uşaqları ilə gəzən qadın olduğu bildirilir.

Hücum nəticəsində uşaq bağçası, kilsə, çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və dayanacaqda olan avtomobillərə ciddi ziyan dəyib. Xilasetmə və fövqəladə xidmətlər dağıntıların aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına əsasən, Rusiya gecə ərzində Ukrayna ərazisinə ümumilikdə 8 raket və 130 hücum dronu buraxıb. Hava hücumundan müdafiə qüvvələrinin 5 raketi və 115 dronu məhv etdiyi qeyd olunub.

Məlumata görə, hava hücumlarının nəticələri Ukraynanın 12 müxtəlif bölgəsində qeydə alınıb. 

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →