28 Av 5786 11 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Eyal Zamir və Bred Kuper hərbi forumda görüşərkən

ABŞ və İsrail komandirləri yeni vəziyyəti müzakirə ediblər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper ilə görüş keçirib. İsrail hərbi rəhbərliyinin operativ forumu çərçivəsində baş tutan görüşdə ABŞ və İsrail silahlı qüvvələri arasında strateji əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər gələcək təhlükəsizlik vəziyyəti, mümkün yeni hərbi əməliyyatlara hazırlıq və İrana qarşı hərbi kampaniya ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Bred Kuper ABŞ və İsrail orduları arasındakı strateji tərəfdaşlığın tarixi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Eyal Zamir isə ABŞ ordusu ilə qurulan sıx əməkdaşlığı İsrail üçün “strateji dayaq” adlandırıb. Zamir göstərilən dəstək və tərəfdaşlığa görə Kuperə xüsusi medal təqdim edib.

İsrail ordusunun mövcud vəziyyətinə toxunan Eyal Zamir bildirib ki, şəxsi heyət hazırda yüksək döyüş hazırlığı vəziyyətindədir. O vurğulayıb ki, zərurət yaranacağı təqdirdə İsrail ordusu intensiv döyüş əməliyyatlarına sürətlə qayıtmağa hazırdır.

Baş Qərargah rəisi həmçinin qeyd edib ki, ordu indiyədək əldə olunmuş nəticələrdən effektiv istifadə etməli və regionda vəziyyətin mümkün inkişaf ssenarilərinə tam hazır olmalıdır.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin İsrailə səfəri regionda siyasi danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ və İsrail komandirləri yeni vəziyyəti müzakirə ediblərjnews.az səsləndirməsi