Ermənistan hökuməti Azərbaycanla Naxçıvan arasında bu ölkənin ərazisindən keçəcək nəqliyyat dəhlizini nəzərdə tutan TRIPP layihəsi üzrə sazişi təsdiqləməyi planlaşdırır.
Məlumata görə, hökumətin təsdiqindən sonra sənəd Ermənistanın Konstitusiya Məhkəməsinə göndəriləcək. Məhkəmə sazişin ölkə Konstitusiyasına uyğun olduğunu təsdiqləyəcəyi təqdirdə, sənəd ratifikasiya üçün parlamentə təqdim olunacaq.
TRIPP layihəsi çərçivəsində Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək nəqliyyat marşrutunun yaradılması nəzərdə tutulur. Layihəyə avtomobil və dəmir yollarının, həmçinin qaz və neft kəmərlərinin, elektrik ötürücü xətlərinin və internet infrastrukturunun inşası daxildir.
Layihənin əsas məqsədi Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası, regional kommunikasiyaların açılması və Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi qiymətləndirilir.