13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İraqda radikal qruplar İran Prezidentinə və XİN başçısına hücum edib

İraqda radikal qruplar İran Prezidentinə və XİN başçısına hücum edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

İraqda fəaliyyət göstərən radikal qüvvələrin İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçıya hücum etdiyinə dair görüntülər yayılıb.

“Azad İran” kanalının (Teleqram) məlumatına görə, hadisə İranın ali rəhbərinin dəfn mərasimləri ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə radikal qrupların prezident və xarici işlər nazirinə qarşı şüarlar səsləndirdiyi, onların istiqamətinə daş və digər əşyalar atdığı görünür.

İlkin məlumatlara əsasən, insident nəticəsində hər iki yüksək vəzifəli şəxs xəsarət almayıb. Təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edərək onların təhlükəsiz ərazidən uzaqlaşdırılmasını təmin edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →