ABŞ Prezidenti Donald Trump NATO sammitində iştirak etmək məqsədilə Türkiyənin paytaxtı Ankaraya gəlib.
Məlumata görə, ABŞ liderini hava limanında Türkiyə Prezidenti Recep Tayyip Erdoğan qarşılayıb.
Qeyd edək ki, NATO-nun builki sammiti iyulun 7-8-də Ankarada keçirilir. Sammit çərçivəsində alyansa üzv ölkələrin liderlərinin təhlükəsizlik, müdafiə, regional sabitlik və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etməsi gözlənilir.