17 Tammuz 5786 2 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Podkastlar Mədəniyyət Xəbərlər
Taker Karlson Trampla yollarını ayırdı: ABŞ-də yeni partiya yaradılır

Taker Karlson Trampla yollarını ayırdı: ABŞ-də yeni partiya yaradılır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ-nin tanınmış jurnalisti və media maqnatı Taker Karlson, Donald Tramp və Respublikaçılar Partiyası ilə yollarını tamamilə ayrıldığını bəyan edib. O, yeni siyasi partiya qurmaq niyyətində olduğunu açıqlayıb.

Məlumata görə, Vaşinqtondakı siyasi balansı dəyişə biləcək bu qərarın arxasında ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyat dayanıb. T. Karlson Ağ Evin xarici siyasətini kəskin tənqid edərək bildirib ki, hazırda ölkədə real rəqabət yoxdur.

Keçmiş teleaparıcı ABŞ-nin idarəetmə sistemini sərt dildə ittiham edərək, Demokratlar və Respublikaçılar partiyalarının xarici siyasət və maliyyə kimi strateji məsələlərdə eyni xətt üzrə hərəkət etdiyini vurğulayıb:

“Bu, artıq demokratiya deyil. Bu, özünü demokratiya kimi qələmə verən birpartiyalı sistemdir və bu zənciri mütləq qırmaq lazımdır”.

Yeni partiyanın hədəfi nədir?

Karlsonun sözlərinə görə, yeni siyasi qüvvə xarici münaqişələrə və qlobal layihələrə deyil, birbaşa ABŞ vətəndaşlarının daxili problemlərinə və maraqlarının qorunmasına fokuslanacaq. Bununla belə, jurnalist özünün aktiv siyasətə atılmayacağını və seçkilərdə şəxsi namizədliyini irəli sürmək niyyətində olmadığını, daha çox hərəkatın ideoloji lideri olaraq qalacağını qeyd edib.

Trampdan sərt reaksiya: “O, dəlidir”

ABŞ administrasiyasının İran addımlarını açıq şəkildə hədəf alan T. Karlsonla Tramp arasında münasibətlər tamamilə qopub. Donald Tramp keçmiş müttəfiqinin bu bəyanatlarına özünəməxsus üslubda cavab verib.

Prezident Karlsonu “dəli” adlandıraraq, onun “Fox News” telekanalından qovulduqdan sonra hələ də özünə gələ bilməyən bir şəxs olduğunu iddia edib.

Ekspertlərin fikrincə, T. Karlsonun bu addımı xüsusilə sağçı seçicilər arasında ciddi parçalanmaya səbəb ola və ABŞ-nin ənənəvi iki partiyalı sisteminə ciddi zərbə vura bilər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Taker Karlson Trampla yollarını ayırdı: ABŞ-də yeni partiya yaradılırjnews.az səsləndirməsi