20 Av 5786 3 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Azərbaycan Xarici İşlər Nazirliyinin binası

Azərbaycan Pakistana başsağlığı verib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində baş verən faciə ilə bağlı başsağlığı verib.

XİN-in “X” sosial şəbəkəsində paylaşdığı bəyanatda bildirilib ki, hadisə nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması Azərbaycanda dərin kədər hissi ilə qarşılanıb.

“Pakistanın Bəlucistan əyalətində kömür mədənində bir çox insanın ölümünə və xəsarət almasına səbəb olan dəhşətli qəza ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, həmçinin qardaş Pakistan xalqına və hökumətinə səmimi başsağlığımızı çatdırırıq.
Yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş bütün şəxslərin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, iyulun 31-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində 34 nəfər həlak olub. Hadisə ilə bağlı araşdırmalar davam edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycan Pakistana başsağlığı veribjnews.az səsləndirməsi