Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ölkənin Milli Məclisinin sədri vəzifəsinə seçilib.
Ermənistan KİV-lərinin məlumatına görə, qərar parlamentin cari sessiyası zamanı keçirilən səsvermədə qəbul edilib. Bildirilir ki, Rubinyan bu vəzifəyə irəli sürülən yeganə namizəd olub.
Səsvermə parlamentdə baş tutub. Müxalifət fraksiyaları isə prosesə etiraz əlaməti olaraq səsverməni boykot ediblər.
Qeyd edək ki, bundan əvvəl Milli Məclisin sədri vəzifəsini Alen Simonyan icra edirdi. İyunun sonunda yerli mediada Simonyanın Ermənistan prezidenti vəzifəsinə keçəcəyi ilə bağlı məlumatlar yayılmışdı.