Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları iri partiyada narkotik vasitənin tranzit kontrabandası cəhdinin qarşısını alıblar. Hadisə “Şahtaxtı” gömrük postunda baş verib.
Hazır qida məhsulları daşıyan yük avtomobili İrandan Almaniyaya Azərbaycan ərazisindən tranzit keçməklə hərəkət edirmiş. Nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu ilə baxış keçirilərkən yük şübhə doğurub və detal gömrük yoxlamasına yönəldilib.
Yoxlama nəticəsində gömrükçülər konservləşdirilmiş düyü olan 1218 plastik qabın dibində xüsusi üsulla gizlədilmiş narkotik vasitə aşkar ediblər. Aşkar edilən heroinin xalis çəkisi 112 kiloqram 761 qram təşkil edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az
