Azərbaycanın cənubundakı Lerik rayonunda 3,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 19:24-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,6, ocağı isə 24 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, yeraltı təkan əhali tərəfindən hiss olunub.
Mənbə: minval.az
