Bu gün Milli Məclisdə keçirilən plenar iclasda deputat Səməd Seyidov Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanları barədə danışıb.
O qeyd edib ki, ümumi, diplomatik, rəsmi və xidməti pasportlara sahib şəxslər üçün viza tələblərinin aradan qaldırılması nəticəsində Azərbaycan vətəndaşlarının 95 ölkəyə sərbəst hərəkəti təmin edilir.
Səməd Seyidovun sözlərinə görə, diplomatik və xidməti pasportu olan Azərbaycan vətəndaşları 86 ölkəyə vizasız gedə bilirlər. Ümumvətəndaş pasportu ilə isə 22 ölkəyə sərbəst səyahət mümkündür.