Yenilənib: Sentyabr 9, 2026 3:02 axşam
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başlayıb.
Jnews.az xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər.
Vida mərasimindən sonra Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
