Yenilənib: Sentyabr 9, 2026 11:35 səhər
Türkiyə, Gürcüstan və İraqdan olan Azərbaycan əsilli din xadimləri Xankəndiyə səfər edib.
Jnews.az xəbər verir ki, səfər Dövlət Dini Qurumlarla İş üzrə Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun hazırladığı “Qələbə yolu: Qələbənin izləri ilə” layihəsi çərçivəsində təşkil olunub.
Səfər zamanı qonaqlar Zəfər Parkını, Zəfər Meydanını və Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.
