28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib

Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 9, 2026 11:07 səhər

Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.

Jnews.az xəbər verir ki, sənətkarın vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!” – Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.

Aleksandr Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışan Şarovski 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən isə teatrın baş rejissoru olub.

Xalq artisti uzun illər ərzində Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verib. O, səhnədə 50-dən çox obraz yaradıb, 4 filmdə çəkilib və 54 tamaşaya quruluş verib. Şarovski 1988-ci ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, həmçinin “Şöhrət” və “Şərəf” ordenləri, “Qızıl Dərviş” və “Humay” mükafatları ilə təltif edilib.

Aleksandr Şarovski Bakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri kimi də fəaliyyət göstərib.

Jnews.az kollektivi Azərbaycanın tanınmış sənətkarının vəfatından dərin kədər hissi keçirir, mərhumun ailəsinə, yaxınlarına, dostlarına və sənət yoldaşlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edibjnews.az səsləndirməsi