Yenilənib: Avqust 18, 2026 4:34 axşam
İsrailin hakim “Likud” partiyasında növbəti parlament seçkilərində iştirak edəcək namizədlər siyahısının yekun tərkibini müəyyənləşdirən praymerizlərin səsvermə nəticələrinin hesablanması başa çatıb.
Səsvermə zamanı partiya üzvləri namizədlərin reytinqini müəyyənləşdiriblər. Nəticələr həm mövcud mövqelərini qoruyan deputatların, həm də seçki yarışında gözlənilən yerləri əldə edə bilməyən siyasətçilərin gələcək siyasi taleyinə təsir göstərəcək.
Praymerizlərin nəticələrinə əsasən, namizədlər siyahısında ilk yerləri Baş nazir Binyamin Netanyahunun yaxın siyasi müttəfiqləri və məhkəmə islahatına rəhbərlik edən əsas fiqurlar tutub.
Bununla yanaşı, hazırkı ictimai rəy sorğuları “Likud”un növbəti Knesset seçkilərində təxminən 22 mandat qazana biləcəyini göstərir. Bu proqnoz reallaşarsa, partiyanın bir sıra hazırkı nazirləri və deputatları Knessetdəki yerlərini itirmək təhlükəsi ilə üzləşə bilərlər.
Beləliklə, praymerizlərdə yüksək nəticə göstərmək “Likud” üzvləri üçün təkcə partiya siyahısında mövqe məsələsi deyil, həm də növbəti Knessetdə yer almaq baxımından həlledici əhəmiyyət daşıyır.
Mənbə: haaretz.com
