İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza zolağının Xan Yunis bölgəsinə hava zərbəsi nəticəsində “İslami Cihad” terror təşkilatının komandirlərindən birii zərərsizləşdirilib.
SAXAL-ın məlumatına görə, əməliyyat zamanı “İslami Cihad”ın təchizat sistemində bölük komandiri olan Tarik Ənvər Xamis Rai öldürülüb.
İsrail ordusunun bildirdiyinə görə, Xamis Rai 2023-cü il oktyabrın 7-də baş verən hücum zamanı Beeri kibutuna soxulub və israilli vətəndaşın qaçırılmasında iştirak edib.
Ordunun açıqlamasında qeyd olunub ki, son dövrlərdə həmin şəxs SAXAL qüvvələrinə və İsrail vətəndaşlarına qarşı yeni hücum planlarının hazırlanmasında iştirak edib.
“Bu şəxs yaranmış təhlükənin aradan qaldırılması məqsədilə zərərsizləşdirilib”, – SAXAL-ın açıqlamasında bildirilib.
İsrail ordusu həmçinin qeyd edib ki, Cənub Hərbi Dairəsinin komandanlığı altında fəaliyyət göstərən qüvvələr razılaşmaya uyğun olaraq bölgədə yerləşdirilib və İsrail üçün birbaşa təhlükə yaradan istənilən fəaliyyətin qarşısını almaq məqsədilə əməliyyatları davam etdirəcəklər.

