Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Birliyinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.
B. Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti yerləşdirilməsi mərkəzindən Moskva hava limanına aparılıb və oradan Rusiyanı tərk edib.
Qeyd edək ki, ötən ilin sentyabrında B. Həsənovun Rusiya vətəndaşlığının ləğv edilmişdi. Bu qərarın əsaslandırılmasında onun qeyri-qanuni miqrasiyanın və saxta məhsulların dövriyyəsinin himayə olunması da daxil olmaqla, kölgə sxemləri ilə uzunmüddətli əlaqələri göstərilib.
