Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçusla görüşüb.
Görüş zamanı Azərbaycan-Litva münasibətlərinin inkişaf perspektivləri, regional və Avropada təhlükəsizlik məsələləri, eləcə də Litvanın Avropa İttifaqındakı gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus ölkəsinin Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.