17 Tammuz 5786 2 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Podkastlar Mədəniyyət Xəbərlər
Ermənistanın parlament sədri istefa verdi: Şok qərarın pərdəarxası

Ermənistanın parlament sədri istefa verdi: Şok qərarın pərdəarxası

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan yeni çağırış parlamentdə təmsil olunmayacağını və deputat mandatından rəsmən imtina etdiyini açıqlayıb. Bu barədə spiker bu gün jurnalistlərə keçirdiyi brifinqdə məlumat verib.

Simonyan qərarının pərdəarxasını açaraq bildirib ki, o, yeni parlamentdə də spiker vəzifəsini davam etdirmək niyyətində olub, lakin rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti bu posta başqa namizədi irəli sürməyə qərar verib:

“Mandatı götürməyəcəm və sıravi deputat kimi fəaliyyət göstərmək üçün Milli Məclisə gəlməyəcəm. Partiyanın qərarı fərqli oldu. Mən komanda adamıyam və partiyamın qərarına tabe oluram”.

Partiyanın qərarına əsasən, Alen Simonyanı parlament sədri postunda hazırkı vitse-spiker Ruben Rubinyan əvəz edəcək.

Gələcək planlarından danışan A. Simonyan, müharibədən sonrakı olduqca çətin və gərgin bir dövrdə parlamentə rəhbərlik etdiyini xatırladıb və hazırda bir müddət dincəlməyə, şəxsi həyatına vaxt ayırmağa ehtiyacı olduğunu vurğulayıb. O, həmçinin mediada yayılan Ermənistan prezidenti postuna keçəcəyi ilə bağlı şayiələri də təkzib edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Ermənistanın parlament sədri istefa verdi: Şok qərarın pərdəarxasıjnews.az səsləndirməsi