ABŞ-ın Beyrutdakı səfiri Mişel İssa bildirib ki, Livan və İsrail arasında Romada keçirilən danışıqlar davam edir və tərəflərin müsbət nəticəyə nail olacağına ümid etdiyini ifadə edib.
Diplomatın sözlərinə görə, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün geniş texniki işlər görülməlidir.
“Kağız üzərində razılaşma hazırlamaqla onun məsuliyyətlə həyata keçirilməsi arasında böyük fərq var. Tələsik atılan addımlar məhz bu prosesin qorumağı hədəflədiyi mülki insanların təhlükəsizliyini risk altına qoya bilər”, – deyə səfir vurğulayıb.
O qeyd edib ki, sonrakı pilot zonalarda işlərin daha səmərəli aparılması üçün bu prosesə kifayət qədər vaxt ayrılması vacibdir.
Xatırladaq ki, iyulun sonunda İtaliyanın xarici işlər naziri Antonio Tayani Livan və İsrail nümayəndələri arasında növbəti danışıqlar raundunun avqustun 4-də Romada keçiriləcəyini açıqlamışdı.