20 Av 5786 3 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
ABŞ Ərbilə əlavə hərbi qüvvə və texnika köçürür

ABŞ Ərbilə əlavə hərbi qüvvə və texnika köçürür

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ İraqdakı beynəlxalq koalisiyaya məxsus müxtəlif obyektlərdən şəxsi heyəti və hərbi texnikanı İraq Kürdüstanında yerləşən Ərbil Beynəlxalq Hava Limanına köçürür. Bu barədə “The National” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ötən həftə ərzində amerikalı hərbçilər Ərbil hava limanına yardımçı avadanlıqlar, müdafiə sistemləri və hava hücumundan müdafiə (HHM) vasitələri yerləşdiriblər. Bu fəallığın qoşunların tam çıxarılmasına hazırlıq olub-olmadığı hələlik məlum deyil.

Eyni zamanda, beynəlxalq koalisiya qüvvələrinin tərkibində xidmət edən Böyük Britaniya, Fransa və Almaniya hərbçilərinin bir hissəsi də Ərbili tərk edib.

Gizli manevrlər

İki kürd rəsmisinin sözlərinə görə, hələ iyulun sonunda koalisiya qüvvələrinin İraq Kürdüstanındakı əsas bazası olan Ərbildən ələkeçirici raket sistemləri daşıyan hərbi karvanlar çıxıb. Bununla belə, regional hakimiyyət bu manevrlər barədə əvvəlcədən məlumatlandırılmayıb.

Rəsmilər bildiriblər ki, söhbət adi qüvvə rotasiyasından getmir. Onların sözlərinə görə, əvvəlcədən mövqelərdə yerləşdirilmiş müdafiə sistemləri sökülərək nəqliyyat vasitələrinə yüklənib və başqa istiqamətə aparılıb.

Bu tədbirlər Yaxın Şərqdə artan gərginlik fonunda həyata keçirilir. Regionda münaqişənin genişlənməsindən sonra ABŞ-nin İraqdakı hərbi obyektləri İranın dəstəklədiyi silahlı qrupların dəfələrlə hücumuna məruz qalıb. Həmin hücumlar nəticəsində ABŞ hərbçiləri və mülki şəxslər arasında ölən və yaralananlar olub.

2024-cü ildə İraq və ABŞ beynəlxalq koalisiyanın hərbi missiyasının 30 sentyabr 2026-cı il tarixinədək başa çatdırılmasını nəzərdə tutan saziş imzalayıblar. Sənədə əsasən, bundan sonrakı əməkdaşlıq ikitərəfli razılaşmalar çərçivəsində təlim, kəşfiyyat məlumatlarının mübadiləsi və silah satışı istiqamətlərində davam etdiriləcək.

Mənbə: haqqin.az

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ABŞ Ərbilə əlavə hərbi qüvvə və texnika köçürürjnews.az səsləndirməsi