Ukraynanın Xarkov şəhərində yerləşən Xarkov Milli Tibb Universitetinin VI kurs tələbəsi Fatimə Hüseynova Rusiyanın hava hücumu nəticəsində həyatını itirib.
Bu barədə universitetin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Universitet rəhbərliyi və kollektivi tələbənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onun xatirəsinin hər zaman ehtiramla anılacağını qeyd edib.

