Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Rusiya dövlət başçısı Mehriban Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıb. Vladimir Putin, həmçinin onun məsul dövləti vəzifəsindəki fəaliyyətində uğurlar diləyib.
Məktubun sonunda Rusiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə və Mehriban Əliyevanın ailə üzvlərinə səmimi salamlarını çatdırmağı xahiş edib.
