Moskvada yanacaqdoldurma məntəqələrində benzin və dizel növbələri yenidən yaranmağa başlayıb.
Hazırda Rusiyada yanacaqdoldurma məntəqələrinin cəmi 28%-də benzin olduğu bildirilir. Bir həftə əvvəl bu göstərici 41% təşkil edib.
Yanacaq qıtlığı fonunda bəzi bölgələrdə benzinin qiyməti 1,8–2 dəfə artıb.
Məlumata görə, Rusiya daha şiddətli yanacaq böhranının ikinci dalğası ilə üzləşə bilər.
