5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Dövlət Komitəsi: Babaları tərəfindən aparılan iki uşaq anasına qaytarılıb

Dövlət Komitəsi: Babaları tərəfindən aparılan iki uşaq anasına qaytarılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı müraciət yayan Gəncə sakini, 24 yaşlı Jalə Adil qızı Ağayeva uşaqlarına qovuşub. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qadın daha əvvəl Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (116111) müraciət edərək 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi. 

Qadının müraciəti əsasında məsələ aidiyyəti qurumlara yönləndirilib, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib.

Komitədən qeyd olunub ki, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub. Uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Dövlət Komitəsi: Babaları tərəfindən aparılan iki uşaq anasına qaytarılıbjnews.az səsləndirməsi