Yenilənib: Avqust 17, 2026 11:55 səhər
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ilə görüşüb. Bu barədə məlumat dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb.
Paylaşımda 20 ildən artıq davam edən tanışlıq əsnasında xoş xatirələrin bölüşüldüyü, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işlərin xatırlandığı və iki ölkə arasındakı əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsinin aparıldığı qeyd olunub.
İlham Əliyev: 20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.

