Bu gün Azərbaycan Ordusunun 3 avqust 2022-ci ildə həyata keçirdiyi “Qisas” əməliyyatının dördüncü ildönümüdür.
Əməliyyat Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi diversiya nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımovun şəhid olmasına cavab olaraq həyata keçirilmişdi. Həmin silahlı birləşmələr Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşərək 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını pozmuş, Azərbaycan Ordusuna qarşı terror xarakterli təxribatlar törətmişdilər.
Onlar həmçinin Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və həmin ərazidə yeni döyüş mövqeləri yaratmağa cəhd göstərmişdilər.
Buna cavab olaraq Azərbaycan Ordusu “Qisas” əməliyyatını həyata keçirdi. Əməliyyat nəticəsində Qırxqız, Sərsəng və digər strateji yüksəkliklər nəzarətə götürüldü. Daha sonra mövqelərin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və təminat yollarının yaradılması məqsədilə mühəndis-istehkam işləri görüldü.
