Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikası tərəfindən Özbəkistanda həyata keçirilən layihələrin işə salınması və təməlqoyma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onlayn formatda iştirak ediblər.
Görüş zamanı dövlət başçıları birgə təşəbbüslərin icra vəziyyəti ilə tanış olublar. Tədbir ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra layihələrin rəsmi başlanğıcını qeyd edib.
Mənbə: jnews.az
